пятница, 7 июня 2013 г.

Gözümün aynasında sular duruldu


Gözümün aynasında sular duruldu
Könlümün aynasında sevgilər
Suları üzümə tutdum
Sevgiləri könlümə sıxdım
Yürüdüm sular axdıqca
Şirin-şirin sevdalar
Yollarıma çıxdıqca.

Bir şirin sevdamın
Şirin sevdalara sarı yürüdüm
Üzümə tutdum yaz yağışını
Gözümə köçürdüm qız baxışını

Yürüdüm dağlara
Daşlara sarı
Dumana yürüdüm
Çənə yürüdüm
Yıxıldım qanadı dizim
Durub yenə yürüdüm.

Yürüdüm,yordum yolları
Yorub qırdım yolları
Yol oldum yorulmadım
Sevdalara  qırılmadım

Gözümün aynasında sular duruldu
Könlümün aynasında sevgilər

Комментариев нет:

Отправить комментарий