пятница, 7 июня 2013 г.

Üzünü gizlətmə məndən


Üzünü gizlətmə məndən
Qaldır başını qoy baxım
Tökülüb üzünə saçların
Göy üzünün buludu kimi
Salxım-salxım.

Payız qoxusu dəyməmiş
Gül ləçəyi kimi kipriklərin titrək
Baxışlarından qaynar bir sevgi
Naləsi süzülür
Yanıqlı ney tək

Üzünü gizlətmə məndən
Qaldır gözünü,qoy baxım.

Комментариев нет:

Отправить комментарий