пятница, 7 июня 2013 г.

Dönüm


Əlini ağ saçıma çək,
saçımın ağ köçünə çək,
dərdimin dağ yükünə çək,
on yeddi yaşına dönüm.

xəyalam, çəkilim sənə,
naxışam, tökülüm sənə,
yarpaq ol bükülüm sənə,
bağrının başına dönüm.

bəbəyəm, bələyin məni,
çığırsam yelləyin məni,
öldürsün fələyim məni,
gözünün yaşına dönüm.

Комментариев нет:

Отправить комментарий