пятница, 7 июня 2013 г.

Sevgi Allahı


Mən səndən yürüyüb gəldim,
yürüdüm Sevgi Allahı;
ağladım, ağladım, sonra
kiridim Sevgi Allahı.

yer üzünə bir az yadam,
mən-göydən gələn bir adam,
çulumu çıxardıb sudan,
sürüdüm, Sevgi Allahı.

söz oldum, öydülər bir az,
düz oldum, əydilər bir az,
söydülər, döydülər bir az,
kiridim, Sevgi Allahı.

çatmadım yurdun kamına,
dağ aşdım, dərdin damına,
alışdım eşqin şamına,
əridim, Sevgi Allahı.

Комментариев нет:

Отправить комментарий