Gözümün aynasında sular duruldu
Könlümün aynasında sevgilər
Suları üzümə tutdum
Sevgiləri könlümə sıxdım
Yürüdüm sular axdıqca
Şirin-şirin sevdalar
Yollarıma çıxdıqca.
Bir şirin sevdamın
Şirin sevdalara sarı yürüdüm
Üzümə
tutdum yaz yağışını
Gözümə
köçürdüm qız baxışını
Yürüdüm dağlara
Daşlara sarı
Dumana yürüdüm
Çənə yürüdüm
Yıxıldım qanadı dizim
Durub yenə yürüdüm.
Yürüdüm,yordum yolları
Yorub qırdım
yolları
Yol oldum yorulmadım
Sevdalara qırılmadım
Gözümün aynasında sular duruldu
Könlümün aynasında sevgilər
Комментариев нет:
Отправить комментарий